• HADİSƏ

    23:32 27 iyun 2019

Göygöldə yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb - FOTO

Göygöl rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Zod kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq aşıb və nəticədə avtomobildə olan sürücü ilə iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR