Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” ilə “VAZ 2106” markalı minik maşınları toqquşub.
Qəza zamanı 1 qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.