• HADİSƏ

    23:21 3 yanvar 2021

Göygöldə yük maşını minik maşını ilə toqquşub, xəsarət alanlar var

Göygöldə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza zamanı "KamAZ" markalı yük maşını ilə minik maşını toqquşub.

Nəticədə minik maşınında olan bir ailənin dörd üzvü - 1985-ci il təvəllüdlü Tağıyev Cavid Rəfail oğlu, onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əsədli Leyla Fazil qızı və azyaşlı övladları, 2014-cü il təvəllüdlü Tağızadə Fatimə Cavid qızı və 2016-cı il təvəllüdlü Tağızadə Zeynəb Cavid qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. C.Tağıyevlə L.Əsədlinin vəziyyətinin ağır olduğu bildirilir. Azyaşlıların vəziyyəti isə normaldır.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR