• HADİSƏ

    11:41 10 noyabr 2019

Güclü duman səbəbindən Gəncə hava limanına enən Nyu-York-Bakı təyyarəsi Bakıya uçub

Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-dən ONA-ya verilən məlumata görə, "Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş enib.

Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilib, yemək və içkilərlə təmin olunublar. Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub və yerli vaxtla saat 10:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib.

Qeyd edək ki, güclü duman həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub. Lakin hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR