Paytaxtın Yasamal rayonunda güclü külək çoxmərtəbəli yaşayış binasının fasad divarında quraşdırılmış saatın əqrəblərindən birini yerə salıb, digərləri isə asılı vəziyyətdə qalıb.
ONA-nın verdiyi xəbərə görə, yaranmış təhlükə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib.
Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilər saatın əqrəblərini yerinə bərkidiblər və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Əməliyyat başa çatıb.