Gəncədə güclü külək ağacların aşmasına səbəb olub.
APA-nın yerli bürosunun məlumatına görə, küləyin yaratdığı fəsadlar şəhərin bir neçə ərazisində qeydə alınıb.
Təbiət hadisəsi nəticəsində ağaclar yola, yol kənarına və avtomobillərin üstünə aşıb. Hazırda yaranmış fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlar əraziyə cəlb olunub.
Qeyd edək ki, küləkli hava şəraiti qərb bölgəsində hələ də davam edir.