Güclü külək və dolu Zaqatalada bir sıra fəsadlar törədib - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 01:13 20 May 2019

Güclü külək və dolu Zaqatalada bir sıra fəsadlar törədib - VİDEO

Güclü külək və dolu Zaqatalada bir sıra fəsadlar törədib.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, mayın 19-u axşam saat 22 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində 2 saata qədər davam edən qeyri-sabit hava şəraiti hökm sürüb. 

Rayonun bir çox ərazilərində dolu, qısamüddətli leysan, yağış və güclü külək müşahidə olunub. Güclü külək nəticəsində rayon mərkəzi daxil olmaqla, bir çox ərazilərdə ağaclar aşıb, elektrik və rabitə xətləri qırılıb. 

Rayon mərkəzində bir neçə yaşayış binasının və fərdi evlərin dam ortüyünü külək aparıb. Rayon mərkəzinin bir çox hissəsinə güclü dolu yağıb. 

Rayonun 70 faizdən çox ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. 

Hazırda Rayon Fövqəladə Hallar Komissiyasının üzvüləri həmin ərazilərə baxış keçirirlər.

Vüqar Heydərov

Teqlər: Güclü külək dolu Zaqatala fəsadlar

OXŞAR XƏBƏRLƏR