Yunanıstan polisi Gürcüstan vətəndaşını həbs edib. ONA-nın məlumatına görə, bu haqda məlumatı yunan mediyası yayıb.
Onların məlumatına görə, həbs edilən 38 yaşlı kişi kriminal qruplaşmanın lideridir. O, Attika bölgəsində qrup şəklində yaşayış evlərini qarət edib. Gürcüstan vətəndaşı həm də həmin qrupa rəhbərlik edib. Yunan mediyası onun “qanuni oğru” olduğunu yazır.
Yerli polisin məlumatına görə, xüsusi əməliyyat zamanı cəmi dörd nəfər əcnəbi saxlanılıb. Onlardan üçü kişi, biri isə qadındır. Hüquq-mühafizə orqanları oğurlanmış əşyaları maddi sübut olaraq götürüb. Saxlanılanların üzərindən isə silah, zirehli jiletlər və maskalar çıxıb.
Həbs olunan şəxslər indiyə qədər 200 min avro dəyərində qiymətli əşyalar oğurlayıblar.