• HADİSƏ

    02:20 16 mart 2019

Gürcüstan polisi aralarında azərbaycanlının da olduğu 29 narkotik satıcısını tutub

Gürcüstan DİN-in apardığı operativ əməliyyat nəticəsində aralarında azərbaycanlının da olduğu 29 nəfər narkotik vasitə satıcısı həbs olunub. Bu haqda bəyanatla daxili işlər nazirinin müavini Vladimer Bortsvadze brifinqdə bildirib.

ONA-nın yerli bürosunun məlumatına görə, operativ-istintaq tədbirlərini Tbilisinin, Kvemo Kartli və Mərkəzi Kriminal Polis Departamentlərinin əməkdaşları aparıblar.

İstintaqla müəyyən edilib ki, Ponicalada saxlanılan qrup üzvləri, cinayət sxeminə əsasən, Gürcüstanda narkotik maddənin yayılmasının başında dururmuşlar. Onlar xüsusən böyük miqdarda müxtəlif növ narkotik maddələri başqa narkotik satıcılarına verir və onlar tərəfindən narkotikin yayılması nəticəsində əldə olunan məbləğin müəyyən hissəsini götürürmüşlər.

Hakimin hökmü əsasında hüquq mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin dəfələrlə müxtəlif növ narkotik maddələrin, həmçinin heroin və kokainin yoxlama üçün alınması və qeyd olunan alışın gizli video və audio qeydinin yazılmasını həyata keçirib. Polis eləcə də ittiham olunanların şəxsi avtomobil və yaşayış evlərinin yoxlanılması zamanı onlarla bağlama, satış üçün hazrılanmış xüsusən böyük miqdarda narkotik maddə olan heroini sübut olaraq götürüblər.

Həmçinin narkotik maddələrin satışına görə paytaxtın başqa məhəllələrində, Rustavidə, Marneulidə, Qardabanidə, Kutaisi beynəlxalq aeroportunda və Lars sərhəd buraxılış məntəqəsində 9 nəfər saxlanılıb. İstintaq xüsusən böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi, saxlanılmsı, istifadəyə verilməsi və Gürcüstana qanunsuz daxil edilməsi faktları ilə bağlı davam edir.

Gürcüstan DİN ölkədə narkotikin qanunsuz dövriyyəsinə və yayılmasına qarşı aktiv mübarizəni davam etdirir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR