• HADİSƏ

    00:16 18 mart 2019

Gürcüstan vətəndaşı işğal olunmuş ərazilərdə ruslar tərəfindən saxlanılıb

Gürcüstanın işğal olunmuş ərazisində daha bir Gürcüstan vətəndaşı rus hərbçiləri tərəfindən saxlanılıb.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, Ditsi kəndində yaşayan 22 yaşlı gəncin sərhədi qeyri-qanuni keçdiyinə görə həbs olunduğu bildirilir.

Yayılan məlumatı Dövlət Təhlükəsizlik Xidməti də təsdiqləyib.

DTX-nin verdiyi xəbərə görə, bu haqda Avropa İttifaqının Müşahidəçi Missiyası məlumatlandırılıb və hadisə ilə bağlı qaynar xətt yaradılıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR