• HADİSƏ

    22:54 3 iyul 2020

Gürcüstanda adam öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı S.V.-ni saxlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Məlumatda bildirilib ki, saxlanılan şəxs tanışı - 2000-ci il təvəllüdlü S.B.-ni mübahisə zamanı soyuq silahdan istifadə edərək yaralayıb və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

"Hüquq mühafizəçiləri hadisədən qısa müddət sonra Dmanisi bələdiyyəsində isti izlərlə şübhəli şəxsi saxlayıb. Polis cinayətdə istifadə edilən bıçağı sübut kimi götürüb. Saxlanılan şəxs günahını etiraf edib”, - deyə DİN-dən bildirilib.

DİN-in məlumatına görə, saxlanılan şəxs barəsində qəsdən adam öldürmə faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırma aparılır, ittihamlar təsdiqini taparsa, onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Səid

Teqlər:

SON XƏBƏRLƏR