• HADİSƏ

    10:57 4 mart 2019

Gürcüstanda Kürə düşən şəxsin meyiti Azərbaycan ərazisində tapılıb

Kür çayının Qazax rayonu, Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.

Qazax rayon Prokurorluğundan ONA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, meyitin daxili və xarici müayinəsi aparılıb, ölümün səbəblərini müəyyən etməkdən ötrü məhkəmə tibbi ekspertizası təyin edilib, əlaqədar şəxslərin izahatları alınıb və digər zəruri hərəkətlər yerinə yetirilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin, Gürcüstan vətəndaşı, Marneuli rayonu, İkinci Kosalı kənd sakini, 1952-ci il təvəllüdlü Əli Binnət oğlu Osmanov olması müəyyən edilib. Məlum olub ki, o, Kür çayının yaşadığı kəndin yaxınlığından keçən hissəsində ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub və onun meyiti çay axını ilə Azərbaycan ərazisində daxil olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ə.Osmanovun tapılması üçün Gürcüstan tərəfi martın 1-də Azərbaycana müraciət etmişdi.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR