• HADİSƏ

    00:58 16 mart 2019

Gürcüstanda tibb müəssisəsinin rəhbəri dələduzluğa görə saxlanılıb

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan operativ əməliyyat nəticəsində saxta sənədlərdən və vəzifəsindən sui-istifadə etməklə başqasına məxsus böyük miqdarda mülkləri mənimsəmə faktı ilə bağlı bir nəfəri məsuliyyətə cəlb edib.

ONA-nın Gürcüstan bürosu xəbər verir ki, istintaqla müəyyən edilib ki, ittiham olunan şəxs Kvemo Kartli regionunda olan tibb müəssisələrindən birinin rəhbəri, sosial bərpa və uşağa qayğı üzrə dövlət proqramı çərçivəsində yerinə yetirilmiş işləri təsvir edən saxta göstəricilərdən ibarət hesabat hazırlayıb. Hesabatda süni olaraq benefisiarların və aparılan reabilitasiya kurslarının sayını artırıb.

Cinayətdə adıkeçən şəxs eləcə də benefisiarların valideynlərinin və qanuni nümayəndələrinin imzalarını saxtalaşdırıb, onların müvafiq tibbi xidmətdən guya istifadə etmələri barədə qeydlər aparıb. Həmin şəxs məbləğin qanuna zidd olaraq mənimsənilməsi məqsədi ilə qeyd olunan saxtalaşdırılmış sənədləri Sosial Xidmət Agentliyinə təqdim edib və 40656 lari məbləğində pulu mənimsəyib.

Faktla bağlı yerli qanunvericiliyə uyğun istintaq davam edir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR