Gürcüstanın Bağdati rayonunun Tsereteli küçəsində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı həlak olanların dördü uşaq, biri isə hamilə qadındır. Yanğında ölən 6-cı qadının da eyni ailənin üzvü olduğu bildirilir.
Əraziyə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xİdmətinin 6 yanğınsöndürmə maşını və 25 yanğınsöndürən cəlb edilib. Yanğının söndürüldüyü bildirilir.
Hadisənin səbəbləri araşdırılır.