• HADİSƏ

    14:07 20 mart 2019

Hacıqabulda avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB

Bu gün Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsindən keçən hissəsində “Hundai” markalı minik avtomobilinin aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Hyundai” markalı 99 NZ 043 dövlət nömrə nişanlı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sərnişinlər, Buzovna sakinləri 1983-cü il təvəllüdlü Nəsibov Alı Nəsib oğlu, 1986-cı il təvəllüdlü Ağayev Ömər Yaşar oğlu və Lerik sakini, 1973-cü il təvəllüdlü Kərimov Ədail Sədulla oğlu Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Qəzada xəsarət alan daha iki nəfər isə ambulator yardım alaraq evə buraxılıb.

***

saat 12.15

Bu gün Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsindən keçən hissəsində qəza baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, “Hundai-Elantra” markalı minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 2-nin durumu ağırdır. Yaralılar Şirvan şəhər Xəstəxana yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR