Hacıqabul sakinini başından küt alətlə vuran şəxs saxlanılıb.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə Hacıqabul sakini, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü Atamoğlanov Yaqub Ağarza oğlu baş nahiyəsindən küt alətlə vurulub.
Komatoz vəziyyətdə olan yaralı ilkin olaraq Şirvan şəhər Xəstəxanasına, daha sonra isə Bakı şəhərinə aparılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 1988-ci il təvəllüdlü Quliyev Şahin Qurban oğlu polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisə mübahisə zəminində baş verib.
Qeyd edilir ki, Y.Atamoğlanov həyat yoldaşını qətlə yetirdiyi üçün 12 il həbsdə olub. O, 2010-cu ildə azadlığa çıxıb.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Saat 01:27
***
Hacıqabul sakinini başından baltalayıblar.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü Atamoğlanov Yaqub Ağarza oğlu döyülüb və baş nahiyəsindən balta zərbəsi alıb. O, komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Kəllə-beyin travması alan Y. Atamoğlanovun baş nahiyəsinə çoxsaylı cərrahi tikişlər qoyulub. Qohumlarının məlumatına görə, hadisə onun evində baş verib.
Hal-hazırda hadisənin kim törədildiyi aydınlaşdırılır. Hələlik polis bir nəfəri saxlayıb.
Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.