Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Kolanı kənd sakini, 1983-cü il təvəllüdlü Novruzov Xəyal Rzaxan oğlu elektrik naqili ilə ehtiyatsız davranıb və nəticədə elektrik cərəyanı vurub.
Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.