• HADİSƏ

    18:04 30 avqust 2020

Hacıqabulda 17 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Hacıqabulda 17 yaşlı yeniyetməni bıçaqlayan 16 yaşlı oğlan saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 2003-cü il təvəllüdlü Ataşov Cavad Mehdi oğlu həmyerlisi 2004-cü il təvəllüdlü Şükürlü Abuzər Namizəd oğlu tərəfindən bıçaqlanıb.

3 bıçaq zərbəsi alan yaralı ağır vəziyyətdə Hacıqabul rayon xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və əməliyyata götürülüb.

Hadisəni törədən yeniyetmə saxlanılıb. Hadisəyə yeniyetmələrin sosial şəbəkə üzərindən kriminal jarqonda yazışmaları səbəb olub.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

saat 15:38

Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 2003-cü il təvəllüdlü Ataşov Cavad Mehdi oğlu 3 bıçaq yarası ilə ağır vəziyyətdə Hacıqabul rayon xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və əməliyyata götürülüb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR