Hacıqabulda bıçaqlanma hadisəsi qeydə alınıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Abdulabad kəndində baş verib.
Ailə münaqişəsi zəminində kürəkən Abdulabad kənd sakini, 1976-cı il təvəllüdlü Musa Novruzəli oğlu Hüseynovu və onun oğlu 1996-cı il təvəllüdlü Gündüz Musa oğlu Hüseynovu bıçaqlayıb.
Hər iki yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.