• HADİSƏ

    22:12 6 aprel 2019

Hacıqabulda avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alanlar var

Hacıqabulda baş verən avtoqəzada 2 nəfər ağır xəsarət alıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul şəhərindən keçən hissəsində, yolötürücü körpünün üzərində baş verib.

"VAZ 2106" markalı avtomobil dəmir səddə çırpılıb. Nəticədə sürücü, Hacıqabul rayonunun Rəncbər kənd sakini, 1998-ci il təvəllüdlü Həsənov Elşən Gülağa oğlu, eləcə də avtomobildə olan sərnişin - Hacıqabul sakini, 1979-cu il təvəllüdlü İbrahimli Qadir Şahbaz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Ağır kəllə-beyin travması diaqnozu qoyulan E.Həsənov xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR