Hacıqabul rayonunda baş vermiş avtoqəza zamanı bir nəfər ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 80-ci km-də, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
1947-ci il təvəllüdlü Bəylərov Elbrus Yelmar oğlunun idarə etdiyi "KIA" markalı avtomobil yoldan çıxaraq dəmir dirəyə çırpılıb. Hadisə zamanı avtomobildə olan sürücünün həyat yoldaşı - 1956-cı il təvəllüdlü Bəylərova Sima Əli qızı dünyasını dəyişib.
Faktla bağlı araşdıma aparılır.