Hacıqabul rayonunun Atbulaq kəndində avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu, rayonun Qızılburun kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyətxan oğludur.
Bildirilir ki, onu avtomobillə vuran sürücü hadisə yerindən yayınıb. Hazırda polis həmin sürücünün müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış işləri aparır.
***
Saat 00:12
Hacıqabul rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda, Hacıqabul rayonunun Atbulaq kəndində qeydə alınıb. Minik avtomobilinin vurduğu orta yaşlı piyada yerində keçinib.
Hadisə yerində Baş DYP İdarəsinin istintaqçıları araşdırma aparır. Piyadanın şəxsiyyəti dəqiqləşdirilir.