• HADİSƏ

    05:59 10 iyul 2019

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad sakini, 1987-ci iltəvəllüdlü Qənbərov Cavanşir Ələddin oğlunu avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə yerindən qaçan sürücünün axtarışları aparılır.

Faktla bağlı cinayət işi başlanılıb.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR