• HADİSƏ

    06:47 5 avqust 2019

Hacıqabulda avtomobil piyadanı vuraraq yaralayıb

Hacıqabulda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 21099" markalı avtomobil 1988-ci il təvəllüdlü Hacıqabul rayonu Nəvahi kənd sakini Cəfərov Kənan Azadxan oğlunu vurub. Piyada ağır kəllə-beyin və çoxsaylı sınıq travmaıları ilə Şirvan şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR