Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax magistralının 70-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
Bərdə rayon sakini, 1982-ci il təvəllüdlü Adıgözəlov Vüsal Nizami oğlunun idaər etdiyi “Mercedes” markalı 99 SB 789 dövlət nömrə nişanlı avtomobil Goranboy rayon sakini, 1973-cü il təvəllüdlü Cəfərov Müşfiq İsak oğlunun idarə etdiyi qoşqulu “KaMAZ” markalı 22 BF 729 dövlət nömrəli avtomobilə arxadan çırpılıb. Nəticədə “Mercedes”-in sürcüsü hadisə yerində ölüb.
Faktla bağlı BDYPİ-nin əməkdaşları tərəfindən araşdırma aparılır.
****
00:24
Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, “KaMAZ” markalı avtomobillə “Mercedes” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib. Yaralıların olduğu da bildirilir.