Hacıqabulda baş vermiş avtoqəzada 3 nəfər xəsarət alıb
  • HADİSƏ

  • 02:09 13 Aprel 2019

Hacıqabulda baş vermiş avtoqəzada 3 nəfər xəsarət alıb

Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər xəsarət alıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 01:50 radələrində rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "Mercedes" markalı avtomobil "Opel" markalı digər avtomobilə çırpılıb. Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan şəhər Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı Baş DYP İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Əlibəy Zeynallı

Sərxan Kamallı

Teqlər: Hacıqabul qəza

OXŞAR XƏBƏRLƏR