• HADİSƏ

    03:33 11 dekabr 2020

Hacıqabulda evlərini tərk edən COVID-19 xəstələri məsuliyyətə cəlb olunub

Hacıqabulda yaşayış yerini tərk edən koronavirus xəstəsi barəsində cinayət işi açılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası birgə COVID-19 virusuna yoluxan və evində müalicə alan şəxslərin evlərində reyd keçirib. Reyd zamanı məlum olub ki, testinin nəticəsi pozitiv çıxan COVID-19 virusuna yoluxmuş şəhər sakini, 1972-ci il təvəllüdlü Əhmədov Elşən Məzahir oğlu yaşadığı Xətai küçəsi, ev 6 ünvanını özbaşına tərk edərək, epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükədə qoyub. Toplanılan materiallar əsasında E.Əhmədov barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi açılıb.

Həmçinin reyd zamanı testinin nəticəsi pozitiv çıxan COVID-19 virusuna yoluxmuş rayonun Abdulabad kənd sakinləri, 1971-ci il təvəllüdlü Səmədov Məmmədəli İmanverdi oğlu və 1971-ci il təvəllüdlü Səmədova Könül Əlifağa qızı, H.Həmidov küçəsi, 179 ünvanında yaşayan 1997-ci il təvəllüdlü İbrahimov Mərdan Sahib oğlu (Şirvan şəhərinə gedib) və 1-ci Udulu kənd sakini, 1960-cı il təvəllüdlü Zülfəliyev Azadxan Əlimusa oğlu yaşadıqları ünvanları tərk etdiklərinə görə barələrində araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR