• HADİSƏ

    01:40 19 sentyabr 2019

Hacıqabulda “Honda” təkərinin partlaması nəticəsində yoldan çıxaraq aşıb - FOTO

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muağan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 145-ci kilometrliyində Hacıqabul rayonunun Qarasu qəsəbəsi ərazisində qeydə alınıb.

Gürcüstandan Bakıya gedən “Honda” markalı 99 AU 653 dövlət nömrə nişanlı avtomobilin ön təkərinin partlaması nəticəsində avtomobil yoldan çıxaraq bir-neçə dəfə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan bir ailənin 5 üzvü yüngül xəsarələr alıb.

Yaralılara hadisə yerində təcili tibbi yardım briqadası tərəfindən yardım göstərilib.

Avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR