• HADİSƏ

    16:07 16 aprel 2019

Hacıqabulda iki maşın toqquşub, 4 nəfər xəsarət alıb - FOTO - VİDEO

Hacıqabulda yol qəzası olub.

ONA-nın Mil-Muğam bürosunun verdiyi məlumata görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunda qeydə alınıb. Mamed Budaqovun idarə etdiyi “Mercedes” markalı, 41 BC 119 dövlət nömrə nişanlı maşın “Lada” markalı, K 918 MP 30 Rusiya qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisinə hadisə yerində yardım göstərilib, daha iki nəfər isə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR