• HADİSƏ

    21:41 24 aprel 2019

Salyan sakini Hacıqabulda külli miqdarda heroinlə tutulub

Hacıqabulda Salyan sakinindən külli miqdarda heroin götürülüb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul polis şöbəsinin əməkdaşları rayon ərazisində özünü şübhəli aparan əvvəllər məhkum olunmuş Salyan sakini, Nuriyev Nurlan Allahverdi oğlunu saxlayıblar.

Onun üzərinə baxış keçirərkən ondan 142 qramdan çox heroin aşkar edilib.

Qeyd edilir ki, saxlanılan şəxs barəsində Salyan polis şöbəsi tərəfindən də digər bir iş üzrə cinayət işi açılıb.

N.Nuriyev barəsində Hacıqabul rayon məhkəməsi tərəfindən 4 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi açılıb araşdırma aparılır.


Aytən

Teqlər:

SON XƏBƏRLƏR