• HADİSƏ

    18:24 8 iyun 2019

Hacıqabulda mikroavtobus aşıb, 2 nəfər xəsarət alıb

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində Gəncə sakini, 1971-ci il təvəllüdlü Tanrıverdiyev Arzu Camal oğlunun idarə etdiyi “Volkswagen” markalı 99 SF 710 dövlət nömrə nişanlı mikroavtobus yoldan çıxaraq aşıb. ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, nəticədə sürücü və avtomobildə olan sərnişin - Gəncə sakini, 1957-ci il təvəllüdlü Hüseynov Tahir Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR