Hacıqabulda avtobus və minik avtomobili toqquşub, 19 nəfər yaralanıb - [color=red]YENİLƏNİB[/color] - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 09:36 11 Avqust 2019

Hacıqabulda avtobus və minik avtomobili toqquşub, 19 nəfər yaralanıb - YENİLƏNİB - FOTO - VİDEO

Kürdəmir - Şirvan yolunda avtobus və minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, qəza nəticəsində 19 nəfər yaralanıb.

Yaralılardan 10 nəfər Şirvan şəhər xəstəxanasına, 9 nəfər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra xəstəxanaya 6 qadın, 2 kişi, bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya travmatologiya institutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb.

Şirvan şəhər xəstəxanasına 4 kişi, 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə beyin travması ehtimal olunur.

Yaralılara lazımı yardım göstərilir.

***

saat 08.25

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza rayonun Muğan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes Sprinter" markalı mikroavtobus paytaxtdan Gəncə istiqamətində hərəkətdə olan zaman "Opel" markalı minik maşını ilə toqquşub. Daha sonra hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə 10 nəfərin Şirvan şəhər xəstəxanasına, təxminən 7 nəfərin də Kürdəmir xəstəxanasına yerləşdirildiyi deyilir. Avtoqəzanın isə ötmə əməliyyatı zamanı baş verdiyi müəyyənləşib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Qeyd edək ki, mikroavtobusda olan sərnişinlər Gəncə şəhərinə əsgər andiçməsinə gedirmişlər.

Əlibəy Zeynallı

Teqlər: Hacıqabul avtoqəza

OXŞAR XƏBƏRLƏR