Hacıqabulda narkotik alverçiləri tutulub
  • HADİSƏ

  • 15:14 07 Mart 2019

Hacıqabulda narkotik alverçiləri tutulub

Hacıqabulda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər tutulub.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elxan Ziyadxan oğlu Hüseynovdan 491 qram çəkidə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Məhəmməd Adəm oğlu Şahgəldiyev də müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan da narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hafiz Heydərov

Teqlər:

OXŞAR XƏBƏRLƏR