Hacıqabulda narkotik alverçisi və onun müştəriləri saxlanılıb
  • HADİSƏ

  • 06:27 08 Yanvar 2021

Hacıqabulda narkotik alverçisi və onun müştəriləri saxlanılıb

Hacıqabulda narkotik ticarəti ilə məşğul olan kriminal aləmdə “Makan”, “Yetim” və “Malış” kimi tanınan rayon sakinləri saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Həsənov Rəşad Adil oğlu saxlanılaraq polis şöbəsinə aparılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq müəyyən edilib ki, rayonun Muğan qəsəbə sakini, 1988-ci il təvəllüdlü kriminal aləmdə “Yetim” ləqəbi ilə tanınan Ağayev Elşad Teymur oğlu tanışı, əvvəllər Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş, kriminal ləqəbi “Makan” olan Hacıqabul şəhər sakini, 1965-ci il təvəllüdlü Həsənov Vaqif Mərdalı oğlundan satın aldığı narkotik vasitə olan heroinin bir hissəsini Həsənov Rəşad Adil oğluna, digər hissəsini isə  Muğan qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əliyev İsrafil Həbib oğluna satıb. Keçirilən əməliyyat tədbirləri çərçivəsində Vaqif Həsənov saxlanılan zaman onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Digər bir əməliyyat zamanı Hacıqabul sakini, 1997-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş, kriminal aləmdə “Malış” ləqəbi ilə tanınan Zülfüqarov Əli Adil oğlu saxlanılıb. Onun üzəinə baxış zamanı ondan 330 qram narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Əlibəy Zeynallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR