Hacıqabulda qadının evindən tüfəng tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini G. İsrafilovanın yaşadığı evə baxış zamanı 1 ədəd müvafiq sənədləri olmayan “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.