Hacıqabulda qəzada ana ölüb, həyat yoldaşı və iki övladı ağır xəsarət alıb - [color=red]YENİLƏNİB[/color] - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 18:50 01 Sentyabr 2019

Hacıqabulda qəzada ana ölüb, həyat yoldaşı və iki övladı ağır xəsarət alıb - YENİLƏNİB - FOTO

Bu gün Hacıqabulda "Mercedes" markalı "99 KN 769" dövlət nömrə nişanlı avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar bir ailənin üzvləri olublar.

APA-nın yerli bürosunun məlumatına görə, Bakı şəhərində məskunlaşan Ağdam rayon sakini 1969-cu il təvəllüdlü Allahverdiyev Aydın Elman oğlunun idarə etdiyi avtomobildə həyat yoldaşı 1978-ci il təvəllüdlü Allahverdiyeva Ruhiyyə İlyas qızı və övladları - 2007-ci il təvəllüdlü Elvira və 1999-cu il təvəllüdlü Xəyal olub.

Qəza nəticəsində R. Allahverdiyeva həyatını itirib, A. Allahverdiyev və övladları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır

***

saat 18.45

Bu gün Hacıqabulda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 17.00 radələrində Bakı-Qazax magistralının Hacıqabul-Şirvan magistralı ilə kəsişməsinin yaxınlığında baş verib.

"Mercedes" markalı "99 KN 769" dövlət nömrə nişanlı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb və kiçik diametrli  qaz kəmərinin üzərinə düşüb. Qəza nəticəsində 2-si qadın olmaqla, 4 nəfər xəsarət alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Hər iki qadın xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, qadınlardan biri həyatını itirib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Əlibəy Zeynallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR