Hacıqabulda yol qəzasında ölən piyadanın kimliyi məlum olub - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 01:45 13 Aprel 2019

Hacıqabulda yol qəzasında ölən piyadanın kimliyi məlum olub - FOTO - VİDEO - YENİLƏNİB

Hacıqabulda avtomobilin vurması nəticəsində dünyasını dəyişən piyadanın şəxsiyyəti məlum olub.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu, Ağdaş rayonunun Qoşaqovaq kənd sakini, 1991-ci il təvəllüdlü Həmidov Xəyal Elton oğludur.

X.Həmidov "Range Rover" markalı avtomobilin zərbəsinə tuş gəlib.

                                                                           ***

Saat 21:06

Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bildirilir ki, 90-SV-091 qeydiyyat nişanlı, Bəxtiyar Əlizadənin idarə etdiyi "Range Rover" markalı minik maşını yolu keçmək istəyən piyadanı vurub. İlkin məlumata görə, təxminən 30-35 yaşlı, adı Xəyal olan həmin piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hazırda faktla bağlı Baş DYP İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırmalar aparılır.

Əibəy Zeynallı

Sərxan Kamallı

Teqlər: Hacıqabul avtoqəza piyada

OXŞAR XƏBƏRLƏR