• HADİSƏ

    08:39 5 mart 2019

Hacıqabulda yol-nəqliyat hadisəsi baş verib

Hacıqabulda baş verən avtоqəzada 4 nəfər xəsarət alıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonu ərazisində “Mitsubishi” markalı avtomobillə “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qəza zamanı xəsarət alan Bakı sakinləri, 1958-ci il Mirzəyev Novruz Mücəfər oğlu, 1963-cü il təvəllüdlü Əbiyev Yaşar Surxay oğlu, 1959-cu il təvəllüdlü Əsgərov Səttar Ələsgər oğlu və Sabirabad sakini, 1981-ci il təvəllüdlü Quliyev Fuad Bəybala oğlu Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR