• HADİSƏ

    23:47 19 may 2019

Hacıqabulda yük avtomobili piyadanı vurub

Hacıqabulda yük avtomobili piyadanı vuraraq ağır yaralayıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAz” markalı yük avtomobili yolu keçən Navahi kənd sakini, 1983-cü il təvəllüdlü Baxşıyev Vüsal Rais oğlunu vurub. Piyada ağır vəziyyətdə kəllə-beyin travması ilə Hacıqabul rayon xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR