• HADİSƏ

    15:55 19 mart 2019

Hacıqabulda zəncirvari qəza: üç avtomobil toqquşub

Hacıqabulda zəncirvari avtomobil qəzası baş verib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı yük, “Nissan” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində sonuncunun sürücüsü, Hacıqabul rayonunun Udulu kənd sakini, 1964-cü il təvəllüdlü Baba Mürvət oğlu Abdullayev ağır xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR