• HADİSƏ

    12:36 22 mart 2019

Həbsxanada dələduzluq edən şəxsin apellyasiya şikayətinə baxılacaq

Cəzaçəkmə Müəssisəsində işə düzəltmə adı ilə dələduzluq etməkdə təqsirləndirilən Sədi Cəfərov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

ONA xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Əhməd Həsənovun sədrliyi ilə baxılacaq. S. Cəfərov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Məhkəmənin ilkin baxış iclası martın 27-nə təyin edilib.

Qeyd edək ki, S.Cəfərov bir neçə vətəndaşı işə düzəltmək adı ilə onlara qarşı dələduzluq edib. O, bir neçə il bundan qabaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. 10 saylı cəzaçəkmə müəssisində cəza çəkən zaman məlum olub ki, S.Cəfərov iki vətəndaşa qarşı da dələduzluq edib. O, iş düzəltmək adı ilə bir şəxsdən 17 min manat, digərindən isə 3 min manat pul alıb. S.Cəfərov daha sonra verdiyi sözə əməl etməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Teqlər:

SON XƏBƏRLƏR