Penitensiar Xidmətin 15 saylı Cəzaşəkmə Müəssisəsinə gizli yolla metadon həbləri keçirən şəxs saxlanılıb.
Bu barədə ONA-ya Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Bildirilib ki, məhkum Axundov Fərman Ağadadaş oğlunun yanına qısamüddətli görüşə gələn qardaşı Bakı şəhər sakini Axundov Cavanşir Ağadadaş oğlunun üzərinə baxış keçirilən zaman metadon həbləri aşkar edilib. Həmin şəxs saxlanılıb və faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, F. Axundov soyğunçuluqda ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.