Qəsdən adam öldürməkdə təqsirləndirilən Müxalif Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONA-nın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Rasim Sadıxovun icraatında araşdırılacaq.
Qeyd edək ki, hadisə bu il yanvarın 1-də Xəzər rayonu ərazisində baş verib. Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Balayev Müxalif Fərrux oğlu həyat yoldaşı, 1980-ci il təvəllüdlü Balayeva Cəmalə Yaşar qızı ilə mübahisə edib. Mübahisə nəticəsində M.Balayev C.Balayevanı bıçaqlayaraq, qətlə yetirib.