• HADİSƏ

    01:14 12 mart 2020

Heydər Əliyev prospektində iki nəqliyyat vasitəsi toqquşub - FOTO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, 23-cü Polis Bölməsinin qarşısında qeydə alınıb.

"Honda" markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman sözügedən bölmədən qəfildən "Mercedes" markalı nəqliyyat vasitəsi çıxıb. "Honda" idarəetmədən çıxaraq "Mercedes"ə çırpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR