Sabirabad rayonu Qaragüney polis bölməsinin əməkdaşları narkotik satışı ilə məşğul olan şəxsi ifşa ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan ONA-ya verilən məlumata görə, Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Qarağac kənd sakini Azər Hüseynov saxlanılıb.
Polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.