• HADİSƏ

    20:49 26 mart 2019

Həzi Aslanov metrosu yaxınlığında top mərmisi tapılıb

Xətai rayonu, Cavanşir küçəsi 7 ünvanında 1 ədəd zenit top mərmisi tapılıb və zərərsizləşdirilib.

ONA-nın xəbərinə görə, bu haqda məlumatı Əazilərin minalardan təmizlənməsi üzrə milli agentlik (ANAMA) yayıb.

Məlumata əsasən, mərmi tapılması haqda xəbər Agentliyə “102” Mərkəzi-Zəng sistemindən daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Xətai rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları həmin əraziyə baxış keçiriblər.

Keçirilən təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Zenit top mərmisi ətrafında 2,500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR