Tutuquşular Hindistanın Madxya-Pradeş əyalətində fermerlərə ciddi problem yaradır.
ONA-nın “Jerusalem Post” qəzetinə istinadən verdiyi məlumata görə, tiryək asılılığı yaranmış tutuquşular 2015-ci ildən fermerlərin xaşxaş sahələrini hədəf seçiblər.
Fermerlər tutuquşuları səsgücləndiricilərlə qovmağa çalışsalar da, tutuquşular yenə qayıdırlar. Tutuquşularla mübarizədə aciz duruma düşən fermerlər kömək üçün hökumətə müraciət ediblər. Fermerlərdən biri deyib Ki, tutuquşuları qorxutmaq istəsələr də, bu “narkomanlar” həyatlarını riskə qoyaraq yenə xaşxaş sahələrinə qayıdırlar.
Mütəxəssislər bildirirlər ki, bir tutuquşu gün ərzində 20-25 qram tiryəkin olduğu 40 xaşxaş çiçəyini yeyə bilər.