• HADİSƏ

    06:17 18 mart 2019

Honkonqda iki metro qatarı toqquşub

Honkonqda iki metro qatarı tooquşub. Hadisə nəticəsində qatarların maşinistləri xəsarət alıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, qəza gecə saatlarında baş verib. Həmin vaxt qatarların boş olduğu deyilir.

Məlumata görə, insident şəhərin mərkəzi hissələrindən sayılan “Sentral” stansiyası yaxınlığında, yeraltı “qırmızı xətt”də yoxlamalar aparılan zaman qeydə alınıb. Toqquşmadan sonra qatarlardan biri relsdən çıxıb.

Şəhərin dəmir yolu nəqliyyatından bildirilib ki, qəza ilə əlaqədar gün ərzində Honkonq adasını şəhərin materik hissəsi ilə birləşdirən “Sentral” və “Edmirelti” stansiyaları arasında “qırmızı xətt”də hərəkət mümkün olmayacaq.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR