• HADİSƏ

    11:16 7 dekabr 2023

Horadizdə traktor minaya düşüb, xəsarət alan var

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

AONA DİN-in mətbuat xidmətinin regional qrupuna istinadən xəbər verir ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib.
Araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR