• HADİSƏ

    11:37 19 mart 2019

Hoteldə sevgilisini öldürən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hoteldə qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

ONA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxışı aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən Oskar" otelində baş verib. Belə ki, 35 yaşlı N.Əliyev "Oskar" hotelində yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib. Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağıda yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub. Şübhəli şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib. N.Əliyev qaçsa da, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Teqlər:

SON XƏBƏRLƏR